Avtomobil kirayəsində lider olan Avis, Avropada “Unlock the world” (Dünyanı kəşf edin) adlı layihəsini başlatdı. VCCP  tərəfindən yaradılmış reklam çarxında öz şəxsi maşınını açmaq üçün düyməyə toxunan şəxs avtoparkda dayanan bütün maşınları açır.


 


Ardından isə ağ-qara üslubda rahatlıq və romantikanın nümayiş olunduğu ovsunlayıcı  kadrlar təzahür edir. Reklam çarxında Disneys "Mary Poppins 1964 - cü il filmindən “Lets Go Fly A Kite” soundtracki səslənir. Sonda isə  1962-ci ildə “Doyle Dane Bernbach” təşkilatı tərəfindən yaradılmış “We try harder” şüarı nümayiş olunur.