“Levis” FCB və The House Worldwide təşkilatları ilə birlikdə hazırladığı “Live in Levis” qlobal layihəsini təqdim etdi. Bütün medianı əhatə edən layihə brendin milyonlarla fanlarının özlərinin sevimli cins geyimlərində nə ilə məşğul olduqları haqqında hekayəsindən ilhamlanıb.
Layihənin əsas məhsulu yeni payız kolleksiyasından olan kişilər üçün “Levis 511 Slim” və qadınlar üçün “Levis Revel” cinsləridir. Sözügedən layihə “For everybody whos not just anybody” və “Look good on your way to whats next” şüarları altında keçiriləcək.