“Raison Pure Paris” dizayn studiyası Heineken brendi üçün alüminium qablaşdırma hazırladı. Bu xüsusi qablaşdırma temperaturun azalmasına reaksiya verir. Sözügedən qablaşdırma istifadəçinin istədiyi temperatura nail olduğunu bildirmək üçün reaksiya verir.
İstənilən temperatur əldə olunduğu zaman qablaşdırmanın üzərində olan xüsusi rəng dəyişərək istifadəçiyə məlumat ötürür. Məhdud sayda olan bu qablaşdırma Fransada satışa təqdim olunacaqdır.