“Adobe” şirkəti Rusiyada “KupiVIP.ru”  t-shirt kolleksiyası üçün ən yaxşı dizayn müsabiqəsini elan etdi. Layihə “Adobe ilə ən yaxşı kreativ yay” mövzusu altında keçirilir. İşlərin qəbulu Avqust ayının 10-dək davam edəcəkdir. Daha sonra münsiflər heyəti üç qalib seçəcək.


 


Çap dizaynı “Adobe”nin məlum üslubunu əks etdirməli və bununla yanaşı dizaynerin fərdi imzasını daşımalıdır. Qaliblər illik “Adobe Creative Cloud” yaradıcı alətlər dəsti və şəxsi dizaynı ilə hazırlanmış t-shirt qazanacaq.