Bu yay demək olar ki, bütün dünya əhalisi futboldan danışır. Braziliyada keçirilən futbol üzrə dünya çempionatı təxmini 3 milyard insanı öz ətrafına topladı. Bəs futbolu sevməyən insanlar nə etsin?
Bu sual “Orangina” brendinə və “Fred & Farid” təşkilatına verildi. Dizaynerlər futbol əleyhinə xüsusi qurğu hazırladı. Belə ki, “Orangina” qablaşdırmasının alt hissəsinə xüsusi qurğu yerləşdirildi.
Bu qurğu vasitəsilə televiziyada futbol oyunu yayımlandığı zaman onu söndürmək mümkündür. Çempionat öncəsi bütün kafe və barlar televiziyada yayımlanan futbol oyunlarını izləmək üçün azarkeşlərlə dolu olur. Onlar içəridə olan və futbolu sevməyən digər şəxsləri nəzərə almayaraq oyuna sərt reaksiya verir və bunun nəticəsində də digər istəklər iflic olur. Məhs bu qurğunun köməyi ilə yaranan belə ədalətsizliyi aradan qaldırmaq mümkündür.