Toyota və “Dentsu Asia” Hindistan, İndoneziya, Malayziya, Filippin, Pakistan, Sinqapur, Tayland və Vyetnam kimi Asiya ölkələrində “Wakudoki” adlı irimiqyaslı reklam kampaniyası başlatdı.
Bu müəyyən bazarları üçün nəzərdə tutulmuş Toyota heyəti və Dentsu Singapore, Dentsu Möbius və Dentsu Inc təşkilatları ilə hazırlanmış ilk digital-only kampaniyadır.
Reklam çarxının çəkilişlərində yaponiyanın “World Order” adlı rəqs qrupu iştirak edib. Layihənin əsas məqsədi pop qəhrəmanların və online formatlı “Toyota”nın köməyi ilə yaşlı nəslə nisbətən internetdən daha çox istifadə edən daha gənc alıcıların diqqətini çəkməkdir.