“Deutsche Bank” Designboom online jurnalı ilə birlikdə gələcək üçün ən yaxşı bank xidmətləri mövzusunda beynəlxalq müsabiqə keçirir. “Deutsche Bank” bildirib ki, onun inkişafına kömək edən ən maraqlı ideyalar axtarılır.




Müsabiqədə iştirak etmək istəyənlər Avqust ayının 15-dək öz işlərini təqdim edə bilər. “Deutsche Bank” iddia edir ki, müasir banklar harada, nə zaman və necə olmasından asılı olmayaraq zərif şəkildə və zamanında həll yolları təklif etməlidir. Münsiflər heyəti ən yaxşı üç ideya sahibini qalib seçəcək.