Toyota Avropada yeni avtomobili “Yaris Hybrid” üçün reklam layihəsi təşkil etdi. Saatchi & Saatchi tərəfindən hazırlanan “The Musical City” (Musiqili şəhər) adlı layihə sürücülük ilə zövqü birləşdirir.


 


Şirkət Praqanın mərkəzi küçəsində küçələrin adlarının qeyd olunduğu lövhələrin üzərini məşhur hitlərlə əvəz edərək sınaq keçirdi. Layihənin iştirakçılarından Yaris sükanı arxasına əyləşmək və bu istiqamətlərdən biri üzrə hərəkət etmək tələb olundu.


 


GPS stereo sistemi küçələr ilə əlaqələndirilir və sürücü müəyyən bir küçəyə çatdıqda musiqi dəyişir. Sürücülər “Uptown Girl”dən tutmuş “Locked out of Heaven”, “Heart of Glass”a kimi müxtəlif musiqilərə qulaq asa və oxuya bilərlər.