LEGO şirkəti, onun əsası qoyulan Billund şəhərində, nəhəng “LEGO House”un tikintisi ilə məşğul oldu. “BIG” şirkətinin istehsal etdiyi bu nəhəng ev 2016-cı ildə açılacaq. “LEGO House” məşhur LEGO konstrukturlar bloku şəklində hazırlanacaq.
Amma böyüdülmüş ölçüdə və başqa materialda. Binanın ən hündür bloku 23 metrdir. “LEGO House” və onun həyətyanı sahəsi təxmini 7500 kvadrat metr ərazini əhatə edəcək. O hündür tavanlı otaqları, kafe və mağazaları özündə birləşdirəcək. Sözügedən evi il ərzində 250 000 insanın ziyarət edəcəyi gözlənilir.