İsveçin ev alətləri və avadanlıqları istehsalçısı “Electrolux”, “General Electric”in (GE) eyni sahədəki istehsal şirkəti “GE Appliances”i 3,3 milyard dollar nağd vəsait qarşılığında satın alacağını açıqlayıb.


 


“Electrolux” GE-nin “Appliances” bölməsi ilə Şimali Amerikadakı satışlarını iki dəfə artırıb, rəqibi “Whirlpool” qarşısında daha güclü olmağı hədəfləyir. “Electrolux”  Avqustda bu bölməni  almaq üçün danışıqlar apardığını açqılamışdı.


 


“Reuters” də keçən həftəki xəbərində razılaşmaya yaxın olduğunu bildirmişdi. “Electrolux”un CEO-su Keith McLoughlin, “GE-nin seçmə, yüksək keyfiyyətli ev alətləri bizim ikonik markalarımızı tamamlayır və Şimal Amerikadakı mövcudluğumuzu gücləndirəcək” deyib. “GE Appliances” keçən il 5.7 milyard dollarlıq satış reallaşdırıb və  satışların  90%-i Şimal Amerikada edilib.