Bildiyimiz kimi braziliyalılar futbol oyununu çox sevir. Lakin kasıb rayonlarda futbol oynamaq üçün yerlər yoxdur. Bunu nəzərə alan “Shell” şirkəti Rio de Janeironın kasıb gecəqondusunda parlaq işıqlandırma ilə əsil futbol sahəsi yaratdı.


 


Oyunçular özləri futbol sahəsində işıqlandırma enerjisi istehsal edəcək. JWT London təşkilatı tərəfindən hazırlanan layihənin futbol sahəsi  Morro da Mineiro şəhərində qurulacaq. 


 


“Shell” bu sahəni qurmaq üçün 200 ədəd xüsusi plitələrdən istifadə edib. Futbol sahəsini rəsmi olaraq əfsanəvi Braziliyalı futbolçu Pele açmışdır. Bu layihə gənclərin dəqiq elmləri öyrənməsinə motivə edən və enerji mövzusuna daha geniş tamaşaçı cəlb etmək məqsədi ilə yaradılan #makethefuture proqramının bir hissəsidir. Layihədə istifadə olunan texnologiyanı Laurence Kemball-Cook və onun şirkəti Pavegen hazırlamışdır.