“Saatchi & Saatchi Düsseldorf” agentliyi İsveçrə şirkəti Vorwerk üçün yeni reklam çarxı təqdim etdi. Reklam çarxı “Kobold VR200” tozsoran cihazına həsr olunub. Hekayə köhnə oyuncaq robotun müasir və yüksək texnologiyalı çox sürətli hərəkət edən “Kobold” cihazına olan sevgisindən bəhs edir.


 


Reklam çarxı rejissor Jamie Rafn tərəfindən çəkilib. Onun təqdimatı ilə İngilis studiyası “Smuggler” məşğul olub. Reklam dünyanın səkikiz ölkəsində Almaniya, İtaliya, Fransa, İspaniya, İsveçrə, Avstriya, Çexiya və Çində təqdim olunub.