Banco.az portalı sizə internetdən ayrılmadan kredit sifariş etmək imkanı yaradır. Bu gündən etibarən “AtaBank”ın sərfəli şərtlər ilə təqdim etdiyi kreditləri Banco.az portalıında da sifariş etmək mümkündür.
Sadəcə kredit axtar bölməsində istədiyiniz krediti seçin və sifariş edin. Keçid -http://banco.az/az/banks/atabank-0. Siz istədiyiniz məhsulu seçib, şərtlərlə tanış olduqdan sonra krediti sifariş etmək üçün “Sifariş et” düyməsini sıxmalısınız.
Açılan səhifədəki məlumatları daxil etdikdən sonra sifarişinizi təsdiqləməyiniz kifayət edir və bundan sonra bankın müvafiq əməkdaşları sizinlə əlaqə saxlayacaqlar. 1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" ASC yüksək texnologiyalı, universal bankdır. Bakıda və ölkənin müxtəlif regionlarında bankın 25 filial və şöbəsi fəaliyyət göstərir. Bank korporativ və fərdi müştərilərə tam xidmət spektrini təqdim edir.