Fəaliyyət göstərdiyi üç ilin yekunlarına əsasən, Bank VTB (Azərbaycan) ASC-nin “Əcəmi” filialının kredit portfelinin həcmi 34 milyon manatı ötüb. Təkcə son bir il ərzində filialın məcmu kredit portfeli 45% artıb.
30 sentyabr 2011-ci il tarixində fəaliyyətə başlayan “Əcəmi” filialı Bank VTB (Azərbaycan)-nın ilk filialıdır. 2013-cü ilin əvvəlindən etibarən filialın fəaliyyətində sürətli inkişaf dinamikası müşahidə olunur ki, həmin dövrdən etibarən filialın müştəri bazası sürətlə genişlənmiş, filiala pərakəndə müştərilərin cəlb edilməsi istiqamətində yüksək nəticələr əldə edilmişdir.
Təkcə son iki ildə filial kredit portfelinin 7 dəfə artmasına nail olmuşdur. Həmin dövr ərzində müştərilərin sayı 6 dəfə artmış və 4 min nəfərə çatmışdır. Nəticədə, pərakəndə kredit portfelinin həcmi 95% artaraq 33 milyon manata, kiçik biznes üçün kreditlərin həcmi isə 1,6 milyon manata çatmışdır. "Bank VTB (Azərbaycan)-ın “Əcəmi” filialının fəaliyyətində əsas istiqamət pərakəndə müştərilərin cəlb olunmasıdır. Hazırda müştərilərimiz arasında ən çox müraciət edilən fiziki şəxslərə təqdim etdiyimiz nağd kreditlər və “Avtoekspress” adı altında təqdim olunan avtokreditlərdir.
Eyni zamanda, filialımızın komandası kiçik biznes subyektlərinin də cəlb olunmasına xüsusi diqqət yetirir”, - deyə, filialın direktoru Anar Zeynalov bildirmişdir. Yaradılmasının 3-illiyi ərəfəsində “Əcəmi” filialı yeni “İpoteka” məhsulunu təklif etməyə başlayıb və artıq bu məhsula əhali tərəfindən böyük maraq göstərilir. Yeni məhsulun daha da uğurlu tətbiqi üçün artıq tərəfdaş tikinti şirkəti ilə birlikdə yeni ev alıcılarınınkreditləşdirilməsi istiqamətində fəal iş aparılır. “Memar Əcəmi” metro stansiyanın çıxışında yerləşən filial bundan sonra da təklif etdiyi məhsullarının çeşidinin artırmağa, fiziki və hüquqi şəxslərə yüksək rəqabətqabiliyyəti olan məhsul və xidmətlər təklif etməkdə davam edəcək.
Arayış:
Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları: VTB Bank ASC və “AtaHolding” ASC-dir. Bank VTB (Azərbaycan) ASC əsasən korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə xidmət göstərir. Bu gün bank 9 filial və Baş ofis yanında Müştəri xidmətləri İdarəsi ilə təmsil olunub.
Tel.: (012) 492 00 80 Faks: (012) 437 71 21 E-mail ulfat.ahmadova@vtb.a www.vtb.az |