Bakı Fond Birjasında “AtaBank” ASC-nin adlı, sənədsiz səhmlərinin yerləşdirilməsi prosesi başa çatıb. Bankdan verilən məlumata görə hər birinin nominal dəyəri 20 manat olan 2500000 ədəd səhmin yerləşdirilməsi hesabına bankın nizamnamə kapitalı 50 mln. manata çatdırılıb.
Emissiyanın anderrayteri qismində “Brokdil-Az” MMC çıxış edib
Sonuncu emissiyaya qədər “AtaBank” ASC -nin nizamnamə kapitalı 25 mln. manat idi. Bankın səhmdarları qismində Azərbaycanın “AtaHolding” ASC şirkəti (76%) vəfiziki şəxslər (24%)çıxış edir. 1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" ASC yüksək texnologiyalı universal bank olmaqdadır. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.