“Digitimes Research”in proqnozuna görə, 2012-ci ilin 2-ci rübündə dünyada notbuk təchizatının ümumi həcmi 55 milyona çatacaq. Ekspertlər hesab edirlər ki, bu rəqəm 2012-ci ilin birinci rübü və 2011-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 17,6% və 9,6% artacaq.
dailycomm.ru saytının məlumatına görə, ən iri notbuk istehsalçısı kimi Hewlett-Packard hələ də öz yerini qoruyub saxlasa da, cari ilin nəticələrinə görə HP məhsullarının sayının 10 milyon artacağı gözlənilir. Növbəti yeri 8,425 milyon qurğu sayı ilə “Lenovo” və 7,4 milyon leptopla “Acer” şirkəti tutur. Bundan başqa aparıcı istehsalçıların siyahısına “Asustek Computer”, “Dell”, “Toshiba”, “Apple” və “Samsung” şirkətləri də daxil olacaq.
Mütəxəssislər hesab edirlər ki, bütövlükdə 2012-ci ildə dünya bazarında notbukların sayı 236 milyona çatacaq.