Cənubi Koreyanın Samsung şirkəti mobil telefonların satışı üzrə dünya lideri olaraq Finlandiyanın Nokia istehsalçısını geridə qoyub.
Nokia 1998-ci ildən liderlik mövqeyində qərar tutmuşdu və o zaman Motorola şirkətini birinci yerdən sıxışdırıb çıxara bilmişdi. Lakin 2012-ci ilin birinci rübündə Nokia Strategy Analytics-in məlumatına görə, 82,7 milyon, Samsung isə 93,5 milyon mobil telefon satıb, İzvestiya yazır.
Strategy Analytics şirkətindən həmçinin bildirirlər ki, Samsung təkcə nəhəng mobil telefon istehsalçısı deyil, şirkət həm də dünya bazarında smartfonların tədarük həcminə görə birinci yeri tutur. Üç ay ərzində istehsalçı 44,5 milyon smartfon satıb ki, bu da ona bazarda 31 faizlik paya sahib olmağa imkan verib. Apple şirkəti 35,1 milyon smartfon satıb və 24 faizlə bazarda ikinci yeri tutub.
Eyni zamanda digər analitik şirkət IHS iSuppli bildirir ki, birinci rübdə hamıdan çox smartfon tədarük edən Apple olub (Apple – 35,1 milyon, Samsung – 32 milyon). Lakin hər iki şirkətin analitikləri Cənubi Koreya istehsalçısının mobil telefonların tədarükü üzrə Nokia-nı üstələməsi fikri ilə razılaşır.