Artıq “NBC Bank”ın müştəriləri kreditlərini “eManat” terminallarında rahat ödəyə bilər. Bu, “NBC Bank” və “Modenis” MMC arasında əldə edilmiş razılaşma çərçivəsində mümkün olub.
Əməkdaşlıq sayəsində bankın müştəriləri kredit ödənişini Azərbaycanın bir çox şəhər və qəsəbələrində yerləşdirilmiş çoxsaylı “eManat” ödəniş terminallarında edə bilərlər. Terminallar vasitəsilə kredit ödənişi sürətlə həyata keçirilir və istifadə qaydaları kifayət qədər sadədir.
Müştərilər İD nömrəsini və doğum tarixlərini daxil edib ödənişlərini həyata keçirə bilərlər. Hazırda Azərbaycan ərazisində “eManat” terminalları müxtəlif ictimai yerlərdə quraşdırılıb. “eManat” terminalları vasitəsilə müştərilər kredit ödənişlərini həftənin bütün günləri, günün 24 saatı ərzində həyata keçirə bilərlər.