"Bank of Baku" Azərbaycan xalqını qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edir və bayram ilə əlaqədar 19-22 Mart tarixləri arasında "Bolkart" sahibləri üçün bayram kampaniyasını elan edir.



Kampaniyanın şərtlərinə görə qeyd olunan tarixlərdə "3,6,12 aya ödə" partnyorlarında alış-veriş edən Bolkart sahibləri əlavə olaraq 1 aylıq ödəmə imkanını qazanacaq və beləlilkə də 3 aylıq ödəməni 4 aya, 6 aylıq ödəməni 7 aya, 12 aylıq ödəməni isə 13 aya həyata keçirəcək.



"1 aya ödə" partnyorlarında isə "indi al 2 ay sonra" kampaniyası keçərli olacaq. Mart ayında alış – veriş edənlər, ödəməni May ayının 10-dək əlavə xərcsiz etmək imkanını əldə edəcəklər. Bolkartın keçərli olduğu mağaza və ticarət mərkəzlərinin siyahısı burada: http://www.bolkart.az/?/az/stores/. Bu gün yüzminlərlə Azərbaycan vətəndaşı Bolkartdan gündəlik istifadə edib, kartın müxtəlif üstünlüklərindən bəhrələnir.



Ətraflı məlumat:


145 məlumat mərkəzi


www.bolkart.az


www.facebook.com/Bolkart