Onlayn aktivlərin ticarəti və investisiya üzrə ekspert sayılan "Saxo Bank" 2014-cü il ərzində 381 mln. Danimarka kronu gəlir əldə edərək xalis mənfəətini iki dəfədən çox artırıb. Müştərilər tərəfindən "Saxo Bank"a yatırılan girov əmanətlərin məcmu dəyəri ötən il ərzində 17,6 mlrd. kron artaraq rekord 68,2 mlrd. krona çatıb. Girov əmanətlərində olan artım 2015-ci ilin yanvar və fevral ayları ərzində də davam etmiş və Fevralın 28-nə olan məlumata əsasən, ümumi məbləğ 73,9 mlrd. kron təşkil edib.



Ötən ilin ilk aylarında dünya iqtisadiyyatında müşahidə olunan tərəddüdlü bərpa proseslərinin ardınca ilin ikinci yarısında mövcud müştərilərin saxlanması, o cümlədən yeni müştərilərin cəlb olunması yanaşmasına əsasən, treydinq fəaliyyətini genişləndirən "Saxo Bank" treydinq əməliyyatları həcminə görə 2011-ci ildən sonra ən gəlirli il kimi 2014-cü ili yekunlaşdırıb:



Əməliyyatlar üzrə gəlirlər: 3,006 mln. kron (2013-cü ildə 2,861 mln. kron)


EBITDA (vergi, faiz üzrə ödənişlər və amortizasiya ayırmaları çıxılmazdan öncə gəlir): 1,099 mln. kron (2013-cü ildə 898 mln. kron)


Vergi ödəmələrindən öncə gəlir: 564 mln. kron (2013-cü ildə 247 mln. kron)


Xalis mənfəət: 381 mln. kron (2013-cü ildə 162 mln. kron)


Müştərilərin girov əmanətlərinin həcmi: 68,2 mlrd. kron (2013-cü ildə 50,6 mlrd. kron)


Məcmu kapital: 4,225 mln. kron (2013-cü ildə 3,493 mln. kron).



Ötən il ərzində müştəriləri olan fiziki və hüquqi şəxsləri ən qabaqcıl multi-aktivli platforma ilə təmin etmək üçün öz platforma və məhsulları üzrə fəaliyyətini genişləndirən "Saxo Bank", eyni zamanda hər iki biznes istiqamətində gəlirlərinin diversifikasiyasını davam etdirib. Bankın müştəri, səmərəlilik, gəlirlilik və qiymət zəncirinin optimallaşdırılması yönümlü fəaliyyəti fonunda pərakəndə treydinq üzrə gəlirləri artmaqda davam edir. Bank bu strategiyanı 2015-ci ildə davam etdirərək "White Label Institutional", "High Net Worth Private" və "Digital businesses" portallarının inkişafını planlaşdırır.



"Saxo Bank"ın təsisçiləri və icraçı direktorları Kim Furne (KimFournais) və Lars Kristensenin (LarsChristensen) birgə bəyanatında qeyd olunub: "2014-cü ili bu cür göstəricilərlə yekunlaşdırdığımız üçün çox məmnunuq. Yeni müştərilərin cəlb olunması və girov əmanətlərinin artması "Saxo Bank"ın inkişafının 2015-ci ildə də davam edəcəyinə dair sübutdur".



4,225 mln. kron məbləğində məcmu kapitala malik olan "Saxo Bank" ötən ilin noyabr ayında İrlandiya Fond Birjasında 334,8 mln. kron dəyərində not buraxmaqla özünün 1-ci sinif kapital bazasını daha da möhkəmləndirib. Məhz bu addım yanvarın 15-də İsveçrə Milli Bankı tərəfindən İsveçrə frankı və avro arasında təyin edilmiş sabit məzənnənin ləğvi nəticəsində yaranan fövqəladə vəziyyətdən çıxmaqda banka yardımçı olub. "Saxo Bank"ın hesablamalarına əsasən, bu hadisə ilə bağlı bankın üzləşə biləcəyi ən böyük itki 0,7 mlrd. kron məbləğində müəyyən olunub. Qeyd edək ki, itkilər haqda məlumat 2015-ci il maliyyə bəyanatlarında öz əksini tapacaq.



"Saxo Bank" haqqında:



"Saxo Bank" özəl investor və korporativ müştərilərə ticarət üçün xidmətlər və investisiya strategiyasının tam spektrini təklif edən və multi-aktivlərin və investisiyaların online ticarəti ilə məşğul olan aparıcı peşəkar təşkilatdır. Onun TradingFloor.com maliyyə ictimai portalı multi-aktivlərin online ticarəti üçün ilk sosial platformadır. Avropada tam lisenziyaya malik olan "Saxo Bank" müştərilərinə kompüter, planşet və smartfonlarda vahid akkauntla 20 dildə əlçatan olan və mükafata layiq görülmüş "SaxoTrader" platforması vasitəsilə FX, CFDs, ETFs, "Stocks", "Futures", "Options" və s. platformalarda ticarət aparmaq imkanını yaradır. Sözügedən platformanı dünya üzrə 100-dən çox maliyyə təşkilatı bəyənib. "Saxo Bank" ənənəvi bank xidmətləri ilə yanaşı "Saxo Privatbank" vasitəsilə peşəkar portfolio və pul vasitələri menecmentini də təklif edir. 1992-ci ildə təsis edilmiş "Saxo Bank"ın baş ofisi Kopenhagendə yerləşir. Bundan başqa, bankın Avropa, Asiya, Yaxın Şərq, Latın Amerikası, Afrika və Avstraliya da daxil olmaqla 26-dan çox ölkədə ofisləri fəaliyyət göstərir.