Samsung özünün yeni flaqman smartfonu Galaxy S3-ü təqdim edib. Telefon 4.8 dyumluq (12.2 sm) ekranla təchiz olunub. Artıq bütün bazarda böyük rezonans doğuracağı proqnozlaşdırılır. Şirkət özü də bu android bazalı smartfonunu seqmentində "ən yaxşı" kimi qiymətləndirir. Model haqqında ətraflı aşağıdakı videodan öyrənə bilərsiniz.


 


Samsung şirkəti Galaxy S III modelini təqdim edib. Smartfon 4,8 düymlü 1280x720 pikselli Super AMOLED ekranla təchiz edilib və 16, 32 yaxud 64 giqabayt daxili yaddaşla, göy və ağ rəngli korpusda satışa çıxarılacaq.
 
Galaxy S III modelinin korpusunun qalınlığı 8,6 millimetr, çəkisi 133 qram təşkil edir. Qurğuda Samsung-un istehsalı olan 1,4 giqahers tezlikli dördnüvəli Exynos 4 Quad prosessorundan istifadə olunur.  
Aparat Android 4.0 əməliyyat sisteminin idarəetməsi ilə işləyir və onun iki quraşdırlmış – 8 meqapikselli arxa və 1,9 meqapikselli ön kamerası var. Kameraların hər ikisi videoçarxları HD formatında çəkə bilir. Arxa kamera sürətli rejimdə saniyədə altı ədədədək şəkil çəkmək iqtidarındadır.  
 
Samsung əvvəlki qurğularda mövcud olan səslə idarəetmə texnologiyasını təkmilləşdirib. Galaxy S III-də istifadəçi səslə pleyerə və zəngli saata komanda verə, səsin ucalığını tənzimləyə, eləcə də kameranı işə salaraq şəkil çəkə bilər.
Smartfonun akkumulyatorunun tutumu 2100 milliamper/saat təşkil edir. Aparatda microSD kartı üçün çıxış, GPS və QLONASS, NFC (Near Field Communication- kontaktsız rabitə texnologiyası) modulları var.  Modelin dördüncü nəsil mobil şəbəkəsini dəstəkləyən variantı da buraxılacaq, lakin həmin model yalnız bəzi ölkələrdə satışa çıxarılacaq.
 
Budur, hər birimizin gözlədiyi telefon(növbəti biri istifadəyə verilənə kimi), ancaq bu hələ hamısı deyil, in-depth breakdown üçün əhatə dairəsi və əlavə xüsusiyyətlərini yoxlamağı unutma.  Tezliklə ictimaiyyətə təqdim olunacaq Samsung Galaxy S3 smartfon bazarında bomba kimi partlayacaq.