Müştərilərin ödəniş kartlarla internetdə aparılan əməliyyatların təhlükəsizliyini təmin etmək məqsədilə "AtaBank" "3D Secure" texnologiyasının aktiv tətbiqini davam etdirir. "3D Secure" texnologiyası kart məlumatları sızdıqda belə, kartın digər şəxslər tərəfindən internetdə istifadəsini mümkünsüz edir. Əməliyyatların təhlükəsizliyi birdəfəlik şifrənin daxil edilməsi məcburiyyəti ilə təmin edilir. Şifrəni iki üsulla əldə etmək mümkündür: Bankomatdan (ATM) birdəfəlik şifrələr siyahısını çap etdirərək qeydiyyatdan keçməklə və ya SMS vasitəsi ilə (bu halda "SMS Xəbərdarlıq" xidmətinə qoşulmaq mütləqdir).
"3D Secure" xidmətində qeydiyyat buradan aparılır: https://acs.3dsecure.az/way4acs/enroll. Qeydiyyatdan sonra, "3D Secure" texnologiyasını dəstəkləyən saytlarda alış-veriş zamanı kart rekvizitlərini qeyd etməklə, əlavə olaraq, birdəfəlik (və ya qeydiyyat zamanı müştəri tərəfindən daxil edilmiş) şifrəni də daxil etmək lazım olacaq. Bu üsul təhlükəsizliyi təmin etməklə yanaşı, internet ödəmələrini daha cəlbedici edir. Xidmət pulsuzdur. Daha əvvəllər "Visa" kart sahibləri üçün aktivləşdirilən bu xidmət artıq "MasterCard" kart sahibləri üçün də istifadəyə verilmişdir. 1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" ASC yüksək texnologiyalı universal bank olmaqdadır. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.