Bakıxanov qəsəbəsində “AtaBank ASC”nin yeni filialının açılışı olub. Muxtar Fətəliyev prospektində fəaliyyət göstərən filial fiziki və hüquqi şəxslərə geniş spektr bank xidmətləri göstərir. Yeni xidmət mərkəzində həm fiziki, həm də korporativ müştərilərə bütün bank xidmətləri, o cümlədən hesablaşma-kassa əməliyyatları, kreditlər, depozitlər, əmanətlərin qəbulu, təcili pul köçürmələri, valyuta mübadiləsi, communal xidmətlərin ödənişi kimi xidmətlər təklif olunur. "AtaBank"ın "Bakixanov" filialı bazar ertəsindən cümə gününə kimi saat 9:00-dan 17:00-a kimi müştəriləri qəbul edir.
Şənbə günləri isə filial 10:00-dan 15:00-dək işləyir. "AtaBank"ın yeni "Bakixanov" filailı müştəriləri rahat və geniş ofisində görməyə şad olacaq. 1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" yüksək texnologiyalı universal bank olmaqdadır. Bakıda və ölkənin müxtəlif regionlarında Bankın 26 filial və şöbəsi fəaliyyət göstərir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir. "AtaBank" xidmət və məhsulları haqqında daha ətraflı öyrənmək istəyən şəxslər bankın internet səhifəsini ziyarət edə bilərlər - www.atabank.com/