Almaniyanın "Volkswagen" avtomobil konserni yeni ideyalar və təşəbbüsləri dəstəkləmək üçün Çində müsabiqə keçirmişdi.


On minlərlə layihənin nəzərdən keçirildiyi müsabiqənin arasında ən ön yerlərdən birini "Hover Car" adlı model tutub.
"Volkswagen" həmin layihə əsasında ilk konseptual avtomobili artıq hazırlayıb.
Uçan maşın yerdə və havada asanlıqla hərəkət edir.
Yumurta formasında olan bu maşın elektromaqnit sahə qüvvəsindən iştirak edir.
"Hover Car" layihəsinin verildiyi müsabiqədə 119 min ideya vardı. İştirakçıları sayı isə 33 milyonu keçmişdi.
<\center>