2015-cü il 6-10 May tarixlərində ölkəmizdə Azərbaycan Velosiped İdmanı Federasiyasının təşkilatçılığı ilə keçirilən “Tour d’Azerbaidjan 2015” beynəlxalq veloturuna “AtaBank” ASC səyyar bankomatı olan “AtaMatik” ilə xidmət göstərdi.



5 gün ölkəmizin Sumqayıt, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Mingəçevir, Yevlax, Ağdaş və digər bölgələrində “AtaMatik” iştirakçılara, azarkeş və nümayəndələrə müxtəlif növ bankçılıq əməliyyatlarından istifadə imkanı yaratmışdır.



“AtaMatik” səyyar bankomatı vasitəsilə hər kəs nağd pul çıxara, habelə nağdsız ödənişlər və əməliyyatlar apara bildi. Öz müştərilərinə daim innovativ texnoloji imkanlar təqdim edən “AtaBank” ASC-nin İdarə Heyətinin üzvü – İcraçı direktor Elnur Osmanov bildirib ki,“AtaHolding” ASC-nin sponsoru olduğu “Tour d’Azerbaidjan 2015” beynəlxalq veloturunda iştirakçılara bank xidməti göstərməkdən yalnız fəxr duyuruq. 1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" yüksək texnologiyalı universal bank hesab edilir. Bakıda və ölkənin müxtəlif regionlarında bankın 26 filial və şöbəsi fəaliyyət göstərir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.