“AtaBank”da həyata keçirilən “Pul köçürənə/alana mobil danışıq dəqiqələri hədiyyə” aksiyası davam edir. Aksiyanın şərtlərinə əsasən “AtaBank”ın filiallarında pul köçürənə və ya alana 1 manatdan 5 manatədək mobil danışıq dəqiqələri hədiyyə olunur. Hazırda bankımız öz müştərilərinə 6 növ sürətli pulköçürmə sistemi üzrə xidmət göstərir. Bunlar Western Union, Privat Money, Blizko, Monex, Contact və Lider sürətli pulköçürmə sistemləridir.
1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" yüksək texnologiyalı universal bank olmaqdadır. Bakıda və ölkənin müxtəlif regionlarında Bankın 26 filial və şöbəsi fəaliyyət göstərir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir. Daha ətraflı məlumat üçün www.atabank.com saytına və ya www.facebook.com/atabank səhifəsinə daxil olmaq olar.