Amerikanın Sandiya Milli laborotoriyasının iki mühəndisi özü tuşlanan sistem əsasında güllə hazırlamaq ideyasını irəli sürüblər. Onlar birgə iş nəticəsində kiçik kalibrli, hamar lüləsi olan odlu silah üçün nəzərdə tutulmuş gülləni hazırlamağa nail olublar. “Computerworld” jurnalının məlumatına görə, güllə lazer nişanı ilə hədəfi 2 km məsafədən vurmaq imkanına malikdir.
Uzunluğu təxminən 10 sm olan güllənin ucundakı optik ötürücü lazer nişanını tanıyır və informasiyanı elektron tuşlayıcıya ötürür. Tuşlayıcı isə öz növbəsində elektromaqnit ötürücü əsasında olan, uçuşu istiqamətləndirən kiçik stabilizatora komanda verir.