Bir müddət əvvəl "Bank of Baku" istehlak kreditlərinin verilməsi şərtlərində müəyyən dəyişiklik etmişdi. Belə ki, müştərilərin istəklərinə uyğun olaraq kreditin əldə olunmasına görə ilkin xərclərin azaldılması məqsədilə kreditin verilməsinə görə komissiyalar kəskin şəkildə endirilərək 1% təyin edilmiş, kreditlərin faiz dərəcələrində isə cüzi artımlar olmuşdur.
Müştəri məmnuniyyətini nəzərə alaraq 10 İyul 2015-ci il tarixindən etibarən Bank of Baku, istehlak kreditləri üzrə komissiyanı 1% saxlayaraq faiz dərəcələrini əvvəlki faiz dərəcələrinə qaytarmışdır. Artıq bütün filiallarımızdan 10000AZN/USD-dək krediti 1% komissiya ilə 24 ayadək müddətə rəsmiləşdirə bilərsiniz. Hazırda Bankda Faktiki İllik Faiz Dərəcəsi 25,47%-dən başlayır. Krediti rəsmiləşdirmək üçün şəxsiyyət vəsiqəsi, elektron arayış və ya iş yerindən arayışı təqdim etmək kifayətdir. "Bank of Baku"nun nağd pul krediti haqqında daha ətraflı məlumatı 145 Məlumat Mərkəzi, www.bankofbaku.com və www.facebook.com/bankofbaku səhifəsindən əldə edə bilərsiniz.