"Sizə Yaxın Bankçılıq" şüarına sadiq qalan, müştərilərinə dəyər verən "Bank of Baku" 21 Avqust-15 Sentyabr tarixlərində yalnız sadiq müştəriləri üçün "Bizi sevənlər qazanır!" adlı yeni kredit kampaniyasına start verir. Kampaniyanın şərtlərinə görə 12 aydan çox bankla müsbət kredit tarixçəsi olan və digər banklarda hazırda aktiv nağd krediti olmayan müştərilər bu kampaniyadan faydalanacaq.
Belə ki, bu müştərilər 10 000 MANATA-dək pul kreditini 24 ayadək, 0% komissiya və faiz dərəcəsində 2% endirimlə əldə edə bilər. Krediti rəsmiləşdirmək üçün şəxsiyyət vəsiqəsi, elektron arayış və ya iş yerindən arayışı təqdim etmək kifayətdir. "Bank of Baku"nun nağd pul krediti haqqında daha ətraflı məlumatı 145 Məlumat Mərkəzi, www.bankofbaku.com və www.facebook.com/bankofbaku səhifəsindən əldə edə bilərsiniz.