Yerli bankların xidmətlərini müqayisə etməyə və daha sərfəlisini seçməyə imkan verən "Teyinet.az" onlayn servisi istifadəyə verilib. Depozit hesabı açmaq, kredit götürmək və ya ipoteka ilə mənzil almaq istəyirsiznizsə və ya bəlkə sizə kredit kartı lazımdırsa bu halda məhz buraya müraciət edin. Saytda banklar haqqında məlumatların yerləşdirilməsi pulsuzdur, buna görə də məlumatların qərəssizliyinə zəmanət verilir. Saytda istənilən xidmətin təkcə qiyməti deyil, həm də onun tam açıqlaması var.



Bu gün Azərbaycanda 50-yə yaxın bank təşkilatı (ölkə üzrə 700-dən artıq bölmələri) və çoxlu sayda kredit müəssisələri qeydə alınıb. Kreditlərin verilməsi, depozitlərin və əmanətlərin yerləşdirilməsi üzrə xidmətlər çox geniş məbləğ spektrində təklif olunur müddətinə və tariflərinə görə fərqlənən, bir neçə yüz manatdan milyonlaradək. Teyinet müştərinin sorğusuna görə bütün tələb olunan məlumatları vahid cədvəl şəkilində cəmləşdirir və bank xidmətlərinin aktual şərtlərini təsvir etməklə, aydın şəkildə təşkilatların təkliflərini təqdim edir. Analitik aqreqatora daxil olan bankların sayı daim yenilənir. Xəbərləri həm saytın səhifəsindən, həm də Facebook sosial şəbəkəsindən izləmək olar.