“AtaBank” ASC müştərilərin rahatlığı üçün Bakı şəhərində, Zərdabi küçəsi 183 ünvanında yerləşən “Baku Mall” ticarət mərkəzinin daxilində və İsmayıllı şəhərində, H.Əliyev pr. 49 ünvanında yerləşən Rayon Bələdiyyəsinin inzibati binasında yeni tipli bankomatlar quraşdırıb. Hazırda bankın fəaliyyət göstərən ATM-lərinin sayı 86 ədəd təşkil edir. Onlardan 3-ü səyyar bankomatlar olan “AtaMatik” Şəmkir, Qazax, Tovuz, İsmayıllı, Mingəçevir və Gədəbəy rayonlarının ucqar kəndlərində müştərilərin xidmətindədir.
1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" yüksək texnologiyalı universal bank olmaqdadır. Bakıda və ölkənin müxtəlif regionlarında Bankın 26 filial və şöbəsi fəaliyyət göstərir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir. “AtaBank ASC”nın bankomatları siyahısı online xəritədə izliyə bilərsiniz: http://www.atabank.com/?sid=420. Bank xidmətləri barədə ətraflı məlumat üçün 136 Məlumat Mərkəzinə zəng edə, www.atabank.com saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/atabank daxil ola bilərsiniz.