“Azeri Card" prosessinq mərkəzi mütəmadi ­olaraq ildə bir neçə dəfə xidmət səviyy­əsinin yüksəldilməsi məqsədiilə daxili­ sistemində yenilənmə işləri aparır. Prosessinq mərkəzinin rəsmi məlumatına ə­sasən, Oktyabr ayının 16-dan 17-nə keçən ­gecə, növbəti yenilənmə işlərinin aparı­lması ilə əlaqədar olaraq gecə saat 00:00-dan səhər saat 06:00-dək bankomat şə­bəkəsi, POS-terminallar, plastik kartlar ­və elektron kommersiya sisteminin işi müvəqqəti dayandırılacaq. Xahiş edirik əməliyyatlarınızı planlaşdırarkən məlumatı nəzərə alasınız.



1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" yüksək texnologiyalı universal bank olmaqdadır. Bakıda və ölkənin müxtəlif regionlarında Bankın 26 filial və şöbəsi fəaliyyət göstərir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir. Bank xidmətləri barədə ətraflı məlumat üçün 136 Məlumat Mərkəzinə zəng edə, www.atabank.com saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/atabank daxil ola bilərsiniz.