1news.az saytının məlumatına görə və Azercell Telecom-un sosial məsuliyyət və korporativ əlaqələr üzrə bölmə rəhbəri Ulviya Həsənzadə bildirib ki, 4G şəbəkəsi növbəti həftənin başlanğıcında fəaliyyətə başlayacaqdır.


"Biz söz verdiyimiz kimi, 4G-xidmətlərindən abunəçilər artıq Bakıda keçirmə ərəfəsində olan  "Avroviziya 2012" müsabiqəsində də istifadə edə biləcəklər, - U.Həsənzadə bildirib.


O xatırlatdı ki, ilkin mərhələdə 4G şəbəkəsi Bakıda açılacaq. Daha əvvəl bildirildiyi kimi, Azercell tarif paketləri abunəçilərə təklif ediləcək.


Beynəlxalq Telekommunikasiya İttifaqı 4G Alliance (hansının ki, əsas iştirakçıları ZTE Corporation və başqa Çin şirkətləri hesab olunur) 4G texnologiyasını simsiz telekommunikasiyanın inkişafının növbəti mərhələsi kimi  müəyyən edir, hansı ki, stasionar tətbiq şəraitində  100 Mbit/s-ə qədər və mobil qurğularla məlumat mübadiləsi şəraitində 1 Qbit/s-ə qədər məlumatların ötürülməsinin sürətinə nail olmağa imkan yaradacaq.


Dördüncü nəsil mobil rabitə texnologiyası, həmçinin, teletibb, təhlükəsizlik və ictimai asayiş, distant təhsil, nəqliyyat idarəetmə, və s. sahələrdə istifadə edilə bilər.