244 illik tarixi olan tanınmış Britaniya ensiklopediyası bundan sonra yalnız elektron variantda mövcud olacaq. Yaxın günlərdə istifadəçilər Britannica Online saytına pulsuz daxil olaraq Britanikanın materiallarının keyfiyyətini kollektiv şəbəkə ensiklopediyası olan Vikipediyanın keyfiyyətilə müqayisə edə biləcəklər. Britanikadan fərqli olaraq, ilk gündən elektron nəşri olmasına baxmayaraq, “Encarta” yeni materiallarla daima artan və təkmilləşən Vikipediya ilə rəqabətə davam gətirə bilmədi. “Computerworld” jurnalının məlumatına görə, 2009-cu ildə “Microsoft” şirkətinə məxsus elektron ensiklopediya fəaliyyətini dayandırdı.