"AtaBank" ASC-nin 10 Mart 2015-ci il tarixindən start verdiyi "KartoManiya" adlı ani stimullaşdırıcı lotereya kampaniyasında 1000 manatlıq maksimal uduşlardan biri "Monolit" filialında qazanılmışdır. Kampaniyada iştirak edən Bakı şəhərinin sakini Şəadət Həsənov apardığı nağdsız əməliyyat vasitəsilə 35 lotereya kuponu almış və lotereya kuponlarından biri ona 1000 manat məbləğində uduş gətirmişdir.
Bundan başqa Bankın "Gənclik", "Nizami", "Şəmkir", "Lənkəran", "Yevlax", "Naftalan", "Gəncə" və "Xaçmaz" filiallarında keçirilmiş uduş kampaniyasında iştirak edən lotereya kuponları sahibləri müxtəlif məbləğdə pul mükafatları qazanaraq qalib olublar. Əlavə edək ki, kampaniyanın keçirilməsində məqsəd ölkədə nağdsız ödənişlərin stimullaşdırılması sahəsində aparılan tədbirləri sürətləndirməkdir. Hazırda "AtaBank ASC"nin POS-terminallarının sayı 18 000-dən artıqdır. Ani stimullaşdırıcı lotereyanın şərtləri və qaliblər haqqında məlumatlar mütəmadi olaraq www.atabank.com internet səhifəsində, sosial şəbəkələrdə (http://www.facebook.com/atabank, https://twitter.com/AtaBank_ASC, http://instagram.com/atabank_asc/) və
kütləvi informasiya vasitələrində işiqlandırılır.