iPad və iPhone-da USB-daşıyıcılarından məlumatların onlara ötürülməsini çətinləşdirən problem həll olunub. Belə ki, onlar arasında interfeys çatışmazlığını aradan qaldıran CloudFTP – kiçik qurğusu xüsusi Wi-Fi şəbəkəsi yaradır. USB-daşıyıcı CloudFTP-yə, iOS-qurğusu isə naqilsiz şəbəkəyə birləşdirilir. Sonra istənilən FTP-kliyent və ya xüsusi proqramın köməyilə, brauzer vasitəsilə daşıyıcının fayllarına giriş həyata keçirilir.“Computerworld” jurnalının məlumatına görə, CloudFTP-ni həmçinin Wi-Fi-ın artıq mövcud olan şəbəkəsinə qoşmaq mümkündür.