“Star Micronics” şirkəti “SM-T300” adlı portativ printer təklif edib. compulenta.ru məlumatına görə, aparat müxtəlif portativ qurğular, xüsusilə smartfon və planşet kompyuterləri üçün nəzərdə tutulub. Məlumat mübadiləsi “Bluetooth” və “Wi-Fi” naqilsiz rabitəsi vasitəsilə həyata keçirilə bilər.
Çap sahəsinin eni 72 mm, kəskinliyi 203 “dpi”-yə bərabər olan printer kiçik informasiya ekranı ilə təchiz edilib.
“SM-T300” modeli əsasən müxtəlif çek və qəbzlərin çap edilməsi üçün nəzərdə tutulub. İnterval müddəti 5 dəqiqə olan çap zamanı akkumulyatorun avtonom müddəti 8 saat təşkil edir.