Məlumat üçün nəzərinizə çatdırmaq istərdik ki, "Kapital Bank"ın filial və şöbələrində bütün valyuta mübadilə əməliyyatları üzrə xidmətlər davam edir. Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qaydalara uyğun olaraq 500 ABŞ dollarından yuxarı bütün valyuta mübadilə əməliyyatları yalnız şəxsiyyət vəsiqəsi ilə aparılır. Bütün bank xidmətləri, o cümlədən, kart əməliyyatları, təcili pulköçürmə əməliyyatları əvvəlki qaydada həyata keçirilir. Pul köçürmə sistemləri vasitəsilə xarici valyutada daxil olan vəsaitləri müştərilər Bankın istənilən filialından qəbul edə bilərlər.



Qeyd etmək istərdik ki, bank hesablarının sahiblərinə kart əməliyyatlarının aparılmasında heç bir məhdudiyyət qoyulmamışdır. Müştərilərin rahatlığını təmin etmək məqsədilə təcili pul köçürmə sahəsində daha bir yenilik tətbiq olunacaq. Tezliklə "Xəzri" beynəlxalq sürətli pul köçürmə sistemi ilə göndərilən vəsaitləri günün 24 saatı, həftənin 7 günü fəaliyyət göstərən Kapital Bank bankomatlarından da çıxarmaq mümkün olacaq. Kapital Bank tərəfindən manatla kreditlərin verilməsi də əvvəlki şərtlər və faiz dərəcələri ilə həyata keçirilir. 15 yanvar tarixinədək "Gündəlik tələbat" kredit növü üzrə istənilən məbləğdə kredit götürən şəxslər "Yeni il" hədiyyə kampaniyası çərçivəsində uduş fonduna daxil olan müxtəlif hədiyyələr qazanmaq imkanı əldə edəcəklər