PROMT kampaniyası 18 may tarixində “Роспатент”ə öz loqotipinin qeydiyyatının üçrəngli üçbucaq şəklində olması barədə ərizə verib. Bu haqda 24 may tarixində anonim mənbə arayışı ilə“Маркер” məlumat yayıb.


Bu addımı Google-nin şəxsi faylları saxlama haqqındakı prezentasiyasından sonra Peterburq kampaniyası da atdı, hansının ki, loqotipi PROMT tərəfindən istifadə olunan imzaya oxşayırdı. Buna qədər isə, rusiyalı nümayəndələrin öz loqotipinə heç bir hüququ yox idi.


“Маркер”in verdiyi məlumata görə, Google Drive “Роспатент”tə loqotip barədə olan ərizəni yalnız 22 may tarixində verib. Bundan başqa, əgər ekspertlər iki işarənin “bir-birinə qarışma” səviyyəsini müəyyən edərlərsə, onda əvvəllər loqotipi qeydiyyatdan keçirən kampaniya rəqibinə loqotipin istifadəsini qadağan edəcək, deyə kampaniyanın sözcüləri qeyd etdilər.


28 apreldə “Российская газета”nın bildirdiyi kimi, PROMT Google-nin Rusiyadakı ofisinə loqotiplərin oxşarlığı ilə bağlı ibtidai prezentasiyanı göndərib. Onda Peterburqdakı nümayəndələr əmin edirdilər ki, onların ticarət nişanı hüquqi cəhətdan qorunub və onlar öz mövqelərinin legimitliyindən əmindirlər.


Qeyd edək ki, Google Drive 2012-ci il 24 aprel tarixində yaradılıb və bu xidmət pulsuz olaraq 5 Gbayt məlumatı yaddaşda saxlama imkanı yaradır.


PROMT 1991-ci ildə yaradılıb. Kampaniya xidmətlərin avtomotik tərcüməsinin inkişafı ilə məşğuldur. Kampaniyanın saytında rəsmi loqotip qismində ağ-mavi intervalda “PROMT” sözüdən istifadə olunur. Bundan başqa, “üçbucaq şəkilli” loqo saytın aşağı hissəsində istifadə olunur.