Təl-Əviv Universitetinin (İsrail) əməkdaşları Dip Chip adlı kiçik sensor hazırlayıblar. Yeni qurğu məhsulun və ya içkinin insan üçün zəhərli olub-olmadığını yüksək dəqiqliklə təyin etmək qabiliyyətinə malikdir.

Alimlər bildiriblər ki, Dip Chip genetik modifikasiya olunmuş bakteriya əsasında hazırlanmışdır. Oxşar məhsullardan fərqli olaraq, bu qurğunun bioloji təbiəti həm konkret məhsuldakı zəhərli maddəni aşkar etməyə, həm də onun zəhərli olub olmaması haqqında məlumat verməyə imkan verir.

Hazırda alimlərin məqsədi cihazı mobil telefona qoşmaqla hər an istənilən məhsulun zəhərlilik dərəcəsini təyin etməyə nail olmaqdır.