Dünyanın 24 ölkəsində 28 min fərdi kompyuterin 17%-də heç bir antivirus proqram təminatı (PT) yüklənməyib. Bunu antivirus PT üzrə məşhur tədarükçü şirkət olan McAfee-ın ekspertləri müəyyənləşdirib. İnternetdəki təhlükələrin sayını nəzərə alan McAfee belə bir yanaşmanı ağılsızlıq kimi qəbul edir: “Bu, virtual aləmdə “çılpaq” vəziyyətdə gəzmək deməkdir”.

Mütəxəssislər bu sahədə ən gərgin vəziyyətin müşahidə edildiyi 10 ölkənin siyahısını açıqlayıblar. Antivirus proqramı olmayan kompyuterlər daha çox Sinqapur (21,75%), Meksika (21,57%) və İspaniyadadır (21,45%). Nisbətən normal vəziyyət ABŞ və Yaponiyada qeydə alınıb ki, burada istifadəçilər 19,32 və 19,35 % kompyuterləri müdafiəzsiz qoyublar. Maraqlıdır ki, Çində bu göstəricilər aşağıdır. Antivirussuz cəmi 18,02% kompyuter qalıb. Növbəti yerlərdə isə 17,92 və 17,57 faizlə Kanada və İrlandiyadır. Siyahını Koreya və Hindistan tamamlayır. Bu ölkələrdə kompyuterlərin 17,55 və 17,32 faizi viruslardan demək olar ki, müdafiə olunmayıb.

Bununla belə, ekspertlər bəzi ölkələrdə istifadəçilərin kompyuter təhlükəsizliyi məsələlərinə daha məsuliyyətlə yanaşdığını da bildiriblər. Təhlükəsizliyə riayət edən ölkələrdən biri Finlyandiyadır ki, burada antivirus PT olmayan cəmi 9,7 kompyuter qeydə alınıb.