"DəmirBank" Hesab.az ödəniş portalı ilə birgə yeni aksiyaya start verdi. Belə ki, "DəmirBank" kartları ilə Hesab.az saytında ödəniş edən müştərilər hədiyyələrqazanmaq şansını əldə edirlər.
11 iyul 2016 il tarixdə başlayan kampaniya 3 həftə davam edəcək. Hər həftənin sonunda hesab.az portalında DəmirBank kartı ilə ən çox ödəniş edən müştəri hədiyyələr qazanacaq.
Bundan əlavə, portal istifadəçiləri etdikləri ödənişlərə görə topladıqları bonusları plastik kartına dəyişə bilərlər. Bunun üçün müştərilər saytın “Dərhal Dəyiş” bölməsinə daxil olmaqla 30 000 bonus müqabilində DəmirBank debet kartını əldə edə bilərlər. Kart bir illik verilir. Həmçinin, Hesab.az saytında DəmirBank kartları ilə ödəniş edən bütün istifadəçilər iki qat bonus qazanır.
“DəmirBank”ın plastik kartları ilə Azərbaycanda, eləcə də dünyanın 200-dək ölkəsində 50 milyondan çox ticarət və xidmət müəssisələrində məhsul və xidmətlərə görə heç bir komissiya tutulmadan nağdsız ödəniş həyata keçirmək mümkündür.
Bankla əlaqə saxlamaq üçün:
Məlumat Mərkəzi (012) 149