Onlayn multi-aktivlərin ticarəti və investisiyalar üzrə ekspert sayılan "Saxo Bank" dünya bazarları üçün rüblük makroiqtisadi proqnozlarını və 2016-cı ilin üçüncü rübünün əsas ticarət strategiyalarını dərc edib.
Avropanı qeyri-müəyyənlik bürüyüb, borc dövrü öz zirvəsinə çatıb, sosial müqavilə isə seçicilərin elitar siyasi sistemə inamsızlığı üzərində qurulub. “Saxo Bank” hesab edir ki, üçüncü rübdə bazar ticarətinin əsas mövzuları artmaqda olan qeyri-stabillik, populist əhvalın ictimaiyyətə necə təsir göstərdiyinin anlaşılması və dünya iqtisadiyyatının, o cümlədən ABŞ bazarının resessiya dövrünə yaxınlaşa biləcəyinin ehtimalları olacaq.
"Saxo Bank"ın baş iqtisadçısı və investisiyalar üzrə baş mütəxəssisi Stin Yakobsen qeyd edib: “Böyük Britaniyada keçirilmiş referendumunun nəticəsinə görə narahat deyiləm, çünki keçmişdə baş vermiş oxşar hadisələr göstərir ki, bu cür proseslər real dəyişikliklərə gətirir və hətta real islahatlara səbəb ola bilir. Belə ki, 1992-ci ildə valyuta kursunun tənzimlənməsi üzrə Avropa mexanizminin böhrana uğraması Böyük Britaniya iqtisadiyyatının inkişafına və məşğulluq səviyyəsinin yaxşılaşmasına səbəb oldu. Növbəti 12 ay ərzində çoxdan gözlənilən dəyişikliklərə doğru addımları müşahidə edəcəyimiz müsbət haldır. Lakin bu dəyişikliklərin daha çox qeyri-müəyyənlik və qeyri-stabillik şəraiti ilə müşayiət olunacağı mənfi bir göstəricidir.”
Qeyd olunanları nəzərə alaraq "Saxo Bank" əsas aktiv sinifləri üzrə 2016-cı ilin üçüncü rübünə olan proqnozları açıqlayıb:
Avropada makroiqtisadi vəziyyət-miqrant böhranının nəticələri
“Böhran dövründə Avropanın irəliyə doğru addımladığını izləməyə vərdiş etmişik. Lakin təəssüf ki,son illərin natamam islahatları nəticəsində bu fikir öz aktuallığını itirib”, -deyə “Saxo Bank”ın makroiqtisadi strategiyalar bölməsinin rəhbəri Kristofer Dembik vurğulayıb.
İmmiqrasiya məsələsi dövlət borcu böhranından sonra Avropa Birliyinin qarşısında duran ən böyük risklərdən və lazımi diqqət ayrılmamış problemlərdən biridir. Hazırda “Brexit”dən sonra Avropaheç vaxt olmadığı kimi parçalanıb. Miqrant siyasətinin səhv icrasıvə iqtisadiyyatın zəifliyi bütün qitədə hakimiyyətə qarşı narazılıqlara səbəb olub. Avstriyada prezident seçkilərində sağçı-radikal partiya nümayəndəsinin qələbəyə yaxınlaşması və Britaniyada referendumun gözlənilməz nəticəsi Brüsselə Avropanın ətraf və mərkəzi ölkələrini birləşdirmək üçün çıxış yolunun tapılması,həmçinin axır illərin natamam islahatlarına son verilməsinin vacibliyi barədə xəbərdarlıqdır.
Valyuta bazarları (Foreks) - vəziyyət gərginləşə bilər
Britaniyada keçirilmiş referendumun nəticəsi hələ uzun müddət ərzində Avropa bazarlarına kölgə salacaq. İngilis funtunun dəyəri isədaha zəif sürətlə olsa da, azalmağa davam edəcək. EURGBP (avro-ingilis funt sterlinqi) valyuta cütlüyü üçüncü rübdə ingilis funt sterlinqinin digər valyutalara nəzərən dəyəri ilə müqayisədə daha tez zirvəyə çatacaq. Buna səbəb isəfunt sterlinqindevalvasiyası sayəsində Avropanın gələcək taleyi ətrafında yaranan suallardır. Federal Ehtiyat Sistemi (FES) investorların əhvalını daha da korladı və onun hazırda bazarı dəstəkləmək üçün edə biləcəyi kömək proseslərə qarışmamaqdır. Bundan əlavə, FES monetar siyasətin köməyi ilə yeni resessiya təhlükəsini aradan qaldırılmasına inanmır. Yekunda ABŞ dolları gələcək aylarda ən təhlükəsiz aktiv ola bilər.
İstiqrazlar– uzunmüddətli aşağı gəlir
Britaniyada baş tutmuş referendumdan sonra dünya üzrə gəlirlər tarixi minimuma düşüb. FES-in rəhbəri Canet Yellen isə sonda güzəştə gedərək ehtiyatlı mövqe almağa qərar verdi. Bu səbəbdən hazırda ümumi tendensiya gəlirlərin uzun müddət ərzində aşağı səviyyədə qalacağıdır. Lakin kədərli iqtisadi başlıqlar arxasında iqtisadiyyatın bir çox sahələrində yaxşılaşma əlamətlərini göstərən nişanlar var. Belə ki, son altı ay ərzində bazarlara təsir göstərən bəzi əsas risk faktorları öz aktuallığını itirib və inkişaf edən bazarların qeyri-stabilliyinə dair qorxular aradan qalxıb, Avropa Mərkəzi Bankı isə kəmiyyət yumşaldılması proqramına son verməyi düşünür. Dünya iqtisadiyyatı üzrə proqnozlar yaxşılaşacağı halda, Avropanın, xüsusiləqitənin aparıcı ölkələrinin gəlirləri sürətli şəkildə arta bilər.
Səhmlər - əhəmiyyətli rüb
Qlobal iqtisadiyyatın hazırkı inkişaf trayektoriyasından görünür ki, üçüncü rüb səhmlər üçün neqativ proqnozlar ilə başlayır. Ən problemli sektorlardan olan Avropa bankları etimad azlığından və mənfi tariflər siyasətinə görə xalis faiz marjalarına yenidən təzyiq dalğasından əziyyət çəkməyə davam edəcək. Böyük Britaniya səhmləri də FTSE 100-ə təzyiq göstərən aşağı qiymətləndirmə ilə qarşılaşıb. Böyük Britaniya referendumu maliyyə sisteminə göstərdiyi təsir səbəbindən biznes sektorunun nümayəndələri və istehlakçıların etimadı o qədər zəifləyə bilər ki, qlobal iqtisadiyyat dördüncü rübdə durğunluğa qərq ola bilər. Bu səbəbdən növbəti ayları iqtisadiyyat üçün 2012-ci ilin avro böhranından sonra ən mühüm rüb kimi nəzərdən keçiririk.
Əmtəə aktivləri – ikinci nəfəs
İkinci rübdə qızıl və neft aktivlərinin bahalaşması ilə əmtəə bazarları 2014-cü ildən müşahidə olunan tendensiyadan kənarlaşıb. Üçüncü rübdə dünyanın iqtisadi güc mərkəzləri, o cümlədən ABŞ və Çin iqtisadiyyatlarının inkişaf imkanları sual altında qalır. Bununla yanaşı Avropanın problemləri ümumilikdə dünya iqtisadiyyatına mənfi təsir göstərə bilər. Bu faktorlarla yanaşı “Brexit” məsələsinin ətrafında yaranan qeyri-müəyyənliyi və dolların daha da möhkəmlənmə perspektivini nəzərə alaraq neft qiymətlərinin artım həddinin 50 dollar diapazonunu keçməyəcəyini bildirmək olar. Yaranmış qeyri-müəyyənlik vəziyyəti sayəsində qızıl etibarlı əmtəə kimi bahalaşıb. Növbəti rüb ərzində qızıl qiymətlərinin artacağını düşünürük və ilin sonuna bugöstəricinin 1350 dollara çatacağını proqnozlaşdırırıq.
"Saxo Bank" analitikləri tərəfindən 2016-cı ilin üçüncü rübünə dair proqnozlar çərçivəsində hazırlanmış ticarət strategiyaları haqda daha ətraflı məlumat almaq üçün:
https://cy.saxobank.com/campaigns/essential-trades/2016-q3
"Saxo Bank" haqqında:
"Saxo Bank" özəl investor və korporativ müştərilərə ticarət üçün xidmətlər və investisiya strategiyasının tam spektrini təklif edən və multi-aktivlərin və investisiyaların online ticarəti ilə məşğul olan aparıcı peşəkar təşkilatdır. Onun TradingFloor.com maliyyə ictimai portalı multi-aktivlərin online ticarəti üçün ilk sosial platformadır. Avropada tam lisenziyaya malik olan "Saxo Bank" müştərilərinə kompüter, planşet və smartfonlarda vahid akkauntla 20 dildə əlçatan olan və mükafata layiq görülmüş " SaxoTrader" platforması vasitəsilə FX, CFDs, ETFs, "Stocks", "Futures", "Options" və s. platformalarda ticarət aparmaq imkanını yaradır. Sözügedən platformanı dünya üzrə 100-dən çox maliyyə təşkilatı bəyənib. "Saxo Bank" ənənəvi bank xidmətləri ilə yanaşı, "Saxo Privatbank" vasitəsilə peşəkar portfolio və pul vasitələri menecmentini də təklif edir. 1992-ci ildə təsis edilmiş "Saxo Bank"ın baş ofisi Kopenhagendə yerləşir. Bundan başqa, bankın Avropa, Asiya, Yaxın Şərq, Latın Amerikası, Afrika və Avstraliya da daxil olmaqla 26-dan çox ölkədə ofisləri fəaliyyət göstərir.