DəmirBank-ın maliyyə dəstəyi lə “Atəşgah” İntellektual Oyunlar Klubunun gənclərdən ibarət komandası 17-20 may tarixlərində Çexiyanın paytaxtı Praqa şəhərində keçirilən intellektual oyunlar festivalında iştirak edib və turnirdə 3-cü yeri tutaraq bürünc mükafata layiq görülüb.

Atəşgah İntellektual Oyunlar Klubu 1989-cu ildən fəaliyyət göstərir, “Nə? Harada? Nə zaman?” Klublarının Beynəlxalq Assosiasiyasının üzvüdür və Azərbaycanı bir sıra beynəlxalq oyunlarda təmsil edib. Klub “Nə? Harada? Nə zaman?” oyunları üzrə dünya çempionu, Cənubi Qafqazın çempionu və digər titullara layiq görülüb.

“DəmirBank korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq müxtəlif istiqamətlərdə, o cümlədən təhsil və gənclərlə iş sahəsində sosial layihələrə dəstək göstərir və müxtəlif işlər həyata keçirir. Fürsətdən istifadə edərək, Atəşgah İntellektual Oyunlar Klubunu Çexiyada beynəlxalq turnirdə 3-cü yeri tutması münasibətilə təbrik edirik və gələcək fəaliyyətlərində uğurlar arzulayırıq” – deyə, İdarə Heyəti sədrinin müavini Yusif Cabbarov bildirib.

DəmirBank sosial yönümlü fəaliyyətinə uyğun olaraq son 6 ay ərzində məşhur marketinq mütəxəssisi İqor Mannın “Büdcəsiz marketinq” mövzusunda master klassına, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq velosiped turuna, “KSM Azərbaycan” təşkilatının keçirdiyi KreAktiv müsabiqəsinə, Şəmkir Olimpiya Kompleksi nəzdində yeniyetmə güləşçilərə, uşaq evinə və sair layihələrə maliyyə dəstəyi göstərib.

Ölkənin ilk banklarından olan DəmirBank 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.