“AtaBank” ASC-nin Visa ilə birgə “Arzularınızın səyahətini qazanın!” şüarı altında keçirdiyi stimullaşdırcı lotereyanın qaliblərinə hədiyyələr təqdim edildi. Bankın bir müştərisi 6350 AZN məbləğində səyahət paketi, 8 müştərisi isə “SabinaPerfumery & Cosmetics” mağaza şəbəkəsindən hər biri 50 AZN olan kupon əldə etdilər.
“Arzularınızın səyahətini qazanın!” kampaniyasının nəticələrinə əsasən “AtaBank” ASC fəal iştirakinə görə Visa International Beynalxalq ödəniş sistemi tərəfindən xüsusi sertifikata layiq görülüb.
“AtaBank” ASC əldə etdiyi nailiyyət və uğurlara görə müştərilərinə dərin təşəkkürünü bildirir.
Qeyd edək ki, 2004-cü ildən “AtaBank” Visa International Beynalxalq ödəniş sisteminin üzvüdür. 1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" ASC yüksək texnologiyalı universal bank olaraq fəaliyyətini davam etdirməkdədir. Bank korporativ və fərdi müştərilərə tam spektr maliyyə xidmətləri təqdim edir.
"AtaBank" ASC xidmət və məhsulları haqqında daha ətraflı məlumat almaq üçün Bankın rəsmi səhifəsi www.atabank.com və www.facebook.com/atabank ünvanlarına müraciət edə bilərsiniz.