Kompleksli online-ticarət və investisiyalar üzrə ekspert sayılan "Saxo Bank" “Autochartist” proqramı ilə əməkdaşlığı barədə elan edib. Sözügedən əməkdaşlıq bankın müştərilərinə birbaşa “SaxoTraderGO” platformasından avtomatik texniki təhlil alətlərini istifadə etməyə imkan yaradacaq.
“Autochartist” proqramı bazarın gözdən keçirilməsi və ticari qeyri-səmərəliliyi müəyyənləşdirilməsi üçün qabaqcıl alətdir.
«“Autochartist” ilə dərin inteqrasiya bizə müştərilər üçün analitik alətlər xəttini genişləndirməyə imkan yaradacaq. Brauzeri açmağa, tətbiqi və ya kənar tərəflərin proqram paketlərini istifadə etməyə ehtiyac olmayacaq. İnteqrasiya texniki təhlil apararaq və real ticarət siqnallarını həqiqətən effektli edərək bütün alətlərdə mükəmməl şəkildə işləyir”, - deyə “Saxo Bank”ın texniki analitiki və platformaların hazırlanması üzrə meneceri Kim Kramer Larson qeyd edib.
“Autochartist”in qabaqcıl alqoritmləri daim dünya bazarlarının dinamikasını izləyir və texniki təhlilə əsaslanaraq geniş parametrlər spektrinin ticarət siqnallarını paylaşır. Hər bir ticarət siqnalı bazarda lazımlı şərait yaranan kimi müştəri bilavasitə platformada istifadə edə biləcəyi analizin qısa təsviri, avtomatik hesablanmış giriş nöqtəsi, gəlirin təsbiti və stop-loss səviyyələrini daxil edir.
“Texniki təhlil vasitəsi ilə ticarət siqnallarının bazarda axtarılması uzun zaman və dərin bilik tələb edir. Lakin yeni texnologiya sayəsində bu, artıq avtomatik hazırlanacaq və müştəri fərqli aktiv siniflərdə bazarda vəziyyəti daha effektiv şəkildə təhlil edəcək. “Autochartist” analitikanı və ticarət siqnallarını təmin edir və müştərilərə müstəqil və bilikli qərarlar verməyə imkan yaradır”, - deyə Kim Kramer Larson əlavə edib.
İnteqrasiyanın dərinliyi ticarət imkanlarını ticarət strateqiyalarının tələblərinə cavab verən müəyyən aktiv siniflərdə axtarmaq, həmçinin önəmli bazar hadisələri barədə məlumat almaq üçün müştəriyə nizamlanan filtrlardan istifadə etmək imkanı yaradacaq.
“Texniki təhlil təcrübəsinə malik müştərilər bu funksiyanı alətlər spektrini genişləndirməkvə bazarı tanımaq üçün xərclənən vaxtı optimallaşdırmaq üçün istifadə edə biləcəklər. Daha az təcrübəyə malik treyderlər isə “qərar” qəbuletmə prosesinə texniki elementi daxil edərək öz ticarət strategiyalarını yaxşılaşdıra bilərlər”, - deyə Kim Kramer Larson şərh edib.
“Autochartist” proqramı “Saxo Bank”ın qlobal bazarda mövqeyini təsdiqləyərək 20-dən artıq dildə mövcud olacaq; həll bütün bazarlarda yaxın həftələr ərzində istifadəyə veriləcək.
“Saxo Bank”ın müştəriləri “Autochartist” təhlilini 50-dən çox valyuta cütlükləri, ən böyük indekslərin 200 səhmi və əsas xam mal aktivləri üçün tam ödənişsiz istifadə edə bilərlər. Bu funksiya, həmçinin “white label” müştəriləri üçün yararlı olacaq.