“Saxo Bank Group” 2016-cı ilin yekunlarına dair nəticələrini dərc edib. Hesabat dövrü ərzində qrupun əməliyyat gəlirləri 2,9 mlrd. Danimarka kronu (390 mln. avro) təşkil edib ki, 2015-ci ildə bu göstərici 2,1 mlrd. krona (284 mln. avro) bərabər olub.
2016-cı ilin sonunda müştəri depozitlərinin təminat həcmi təqribən 15 mlrd. kron (2 mlrd. avro) artaraq 92,3 mlrd. krona (12,4 mlrd. avro) çatıb və bununla da bank yeni rekord göstəriciyə nail olub. Əgər 2015-ci ildə bankın xalis zərəri 645 mln. krona (86,6 mln. avro) bərabər olubsa, 2016-cı ildə xalis mənfəət 302 mln. kron (40,5 mln. avro) təşkil edib.
Bankın möhkəm kapital bazası ilə yanaşı birinci səviyyəli kapital əmsalı (Tier 1) və kapitalın ümumi əmsalı müvafiq olaraq 14,9% və 17,1%, kapitalın ümumi əmsalı isə 19,5% təşkil edib. Birinci səviyyəli ümumi kapital isə 1 mlrd. krona (134 mln. avro) çatıb ki, bu da risk altına düşmüş vəsaitlərin 6,4%-nə bərabərdir.
“Saxo Bank Group” 2017-ci ilin maliyyə nəticələrinə təsir edə biləcək heç bir kredit hadisəsi ilə bağlı məlumata malik deyil.
2016-cı ilin əsas göstəriciləri (2015-ci ilin göstəriciləri mötərizədə göstərilib)
* Əməliyyat gəlirləri: 2,9 mlrd. kron – 390 mln. avro (2,1 mlrd. kron – 284 mln. avro)
* EBITDA: (mənfəət) 845 mln. kron – 113 mln. avro (109,4 mln. kron – 14,7 mln. avro (zərər))
* Korrektə edilmiş EBITDA: 954,5 mln. kron – 528 mln. avro (864,7 mln. kron – 116 mln. avro)
* Xalis mənfəət: 302,4 mln. kron – 40,6 mln. avro (645 mln. kron – 86,6 mln. avro (zərər))
* Müştəri depozitlərinin təminatı: 92,3 mlrd. kron – 12,4 mlrd. avro (77,6 mlrd. kron – 10,4 mlrd. avro)
* Ümumi kapital: 4,2 mlrd. kron – 564 mln avro (3,9 mlrd. kron – 524 mln. avro)
2016-cı ildə şirkət kompleksli təklifin inkişafına daimi investisiya yatıraraq mənfəətli artım və müştəri bazasının genişlənməsinə yönəlmişdi.
2016-cı ildə önəmli siyasi hadisələr baş verdi: iyunun 23-də Böyük Britaniyanın Avropa İttifaqından çıxması üzrə referendum və noyabrın 8-də ABŞ-da prezident seçkiləri keçirildi. Seçkilərdən bir gün sonra, noyabrın 9-da müştəri sövdələşmələrinin ümumi sayı 490 minə çatdı ki, bu, “Saxo Bank” üçün ticarət aktivliyində yeni rekorddur.
Bundan başqa, 2016-cı ildə bank xərclərin azaldılması siyasətini davam etdirib, lakin buna baxmayaraq “Saxo Bank” müştərilərə xidmətin keyfiyyətinin və effektivliyin artırılması sahələrində xərcləri artırıb. İşçi heyəti və administrativ xərclərin həcmi 2,1 mlrd. kron (284 mln. avro) təşkil edib ki, bu da 2015-ci ilin göstəricisindən 9% azdır. Bu nəticə marketinq, sponsorluq və məhkəmə xərclərinin azaldılması sayəsində əldə olunub.
“2016-cı ilin yekun nəticələrindən məmnunuq: onlar ticarətin və investisiyaların demokratizasiyası və müştərilərə dünya kapital bazarlarına çıxış imkanı yaratmaq istəyimizi əks etdirir. Biznesimizi 2017-ci ildə də inkişaf etdirmək niyyətindəyik. Texnologiya və yeni məhsullara yatırdığımız investisiyalar hazırkı təklifləri tamamlayır və bazarın yeni seqmentlərini mənimsəməyə imkan yaradır. Bu, əsasən istiqraz bazarında tamamilə rəqəmsal həll ilə yanaşı dünya maliyyə bazarlarında müstəqil iştirak etmək istəyən müştərilərə yönəlmiş rəqəmsal və avtomatlaşdırılmış investisiya servisi “SaxoSelect”də aiddir”, - deyə “Saxo Bank”ın həmtəsisçisi və baş direktoru Kim Furne qeyd edib.
“Kredit çiyinini istifadə edən müştərilərin müdafiəsini artırmaq üçün bir sıra tənzimləyicilər məsləhətlər dərc edib. İdarə orqanlarının tələblərini xeyli aspektdə qabaqladıq və artan kredit çiyini oxu üzrə rəqabət aparmamaq qərarına gəldik.
Təklif olunan dəyişiklərin bəziləri ona gətirəcək ki, müştərilərin ehtiyaclarına əsaslanaraq şirkətlər daha çox diqqət xidmət, platforma və məhsul xətlərinə ayıracaq. Biz bu dəyişikləri pozitiv qarşılayırıq və hesab edirik ki, bütün “Saxo Bank” müştəriləri ondan yararlana biləcək”.
Ətraflı hesabat: https://www.home.saxo/about-us/investor-relations.