Mobil və internet bankinq istifadəçilərin sayı bütün dünyada durmadan artır. Bunula belə, "Kaspersky Lab" şirkətinin apardığı araşdırmanın* nəticələri onu göstərib ki, maliyyə institutlarının 24%-i belə müştərilərin identifikasiyası ilə müəyyən çətinlik çəkir. Növbəti üç ildə bankların 59%-i kiberfırıldaqçıların fəaliyyəti nəticəsində itkilərin artacağını gözləyir. Bunu nəzərə alaraq, maliyyə təşkilatları üçün online-xidmətlər istifadəçilərin şəxsiyyətinin yoxlanılması daha çox əhəmiyyət kəsb edəcək.



Araşdırmaya əsasən, 2016-cı ildə demək olar ki, hər üçüncü bank (30%) internet servislərlə bağlı kiberhadisələr ilə qarşılaşıb: bu, əsasən fişinq və istifadəçi məlumatlarından qanunsuz istifadəsidir. Eyni zamanda, bank nümayəndələri bir şeydə razılaşırlar ki, təhlükəsizlik texnologiyaları istifadəçilərə mane olmamalıdır: respondentlərin 38%-ni internet-bankinqın qorunması və rahatlığı arasında balansın saxlanılmasının mürəkkəbliyi narahat edir.



"Təhlükəsizliyə olan yanaşmalardan banklar əlbəttə ki, istifadəçilərə böyük təsiri olmayanları seçir. Heç nəyə baxmayaraq internet-bankinq öz əsas üstünlüklərini saxlamalıdır: əməliyyatların tez və asan yolu kimi qalmalıdır.



Biz həm şirkətləri, həm də onların müştərilərini qoruyan və bununla yanaşı, avtorizasiya prosesini çətinləşdirməyən texnologiyalar yaradırıq", - deyə “Kaspersky Fraud Prevention”nun rəhbəri Aleksandr Yermakoviç bildirib.



İkifaktorluq audentifikasiyası və digər təhlükəsizlik tədbirlərlə yanaşı, "Kaspersky Lab"ın mütəxəssisləri müştərinin şəxsiyyətini müəyyən edən həllərin keçirilməsini tövsiyə edirlər. “Kaspersky Fraud Prevention” platforması maliyyə fırıldaqçılığının qarşısını almaq üçün nəzərdə tutulub.



Platforma potensial riskləri və şübhəli prosesləri yalnız sistemə daxil olduğu zaman deyil, həmçinin bütün sessiya zamanı təqib edir. Bu həll hadisənin nəticəsini aradan qaldırır və şirkətlərə cinayətkarları qabaqlamaq imkanını yaradır: istifadəçilərin məlumatlarının oğurlanması cəhdlərini aktiv blok edir, təhdidi zərər dəydikdən əvvəl neytrallaşdırır.



“Kaspersky Fraud Prevention” haqqında daha ətraflı məlumat: http://www.kaspersky.ru/index-kz



* "2016-cı ildə maliyyə kibertəhdidləri" araşdırması "Kaspersky Lab"ın sifarişi ilə 2016-cı ildə 15 ölkənin maliyyə institutlarının 800 nümayəndələri arasında keçirilib.