Ölkənin aparıcı və ən innovativ banklarından biri olan Bank of Baku müştəri məmnuniyyəti


və rahatlığı üçün növbəti yeniliyə imza atır. Belə ki, Bank Bolkart debet və əmək haqqı kart


müştərilərinə illik 5% gəlir əldə etmələrinə imkan yaradır.


Tətbiq edilən bu yenilik sayəsində müştərilər, Bankda əmanət hesabı açmadan gündəlik


olaraq əlavə gəlir qazana biləcəklər. Əmanət hesabından fərqli olaraq, bu kart sahibləri


balanslarındakı vəsaiti istədikləri an heç bir komissiya tutulmadan nağdlaşdıra və ya


hesablarından çıxara bilərlər.


İllik 5% gəlir qazanmaq üçün, Bolkart debet və Bank of Baku-nun əmək haqqı kart


sahiblərinin balansında minimum 100 AZN vəsaitin olması kifayətdir. Əlavə faiz balansdakı


qalıq məbləğin üzərinə gündəlik olaraq gəlir. Bu xidmət, hələ ki, AZN valyutasında olan


kartlara şamil olunur. Cari Bolkart sahibləri artıq bu üstünlükdən faydalana bilər.


Qeyd edək ki, bu yenilik Bank of Baku-nun bu yay “GƏLİİİR” şüarı altında elan edəcəyi


onlarla silsilə kampaniya və yeniliklərindən sadəcə biridir.


Bank of Baku-nun bu və digər xidmətləri haqqında daha ətraflı məlumat üçün, Bankın 145


Məlumat Mərkəzinə zəng edə və ya Facebook sosial şəbəkəsindəki rəsmi səhifələrinə


müraciət edə bilərsiniz.



Daha ətraflı:


145 məlumat mərkəzi


www.bankofbaku.com


www.facebook.com/bankofbaku