Google-un həmtəsisçisi Sergey Brin əvvəllər yalnız videolentlərdə göstərilən Smart Glass interaktiv eynəklərini əyani şəkildə nümayiş etdirib. Qurğu informasiyanı birbaşa eynəyin şüşə linzasında göstərən quraşdırılmış mini-kompüterdir.  


S. Brinin nümayiş etdirdiyi eynək sağ göz üstündə yerləşən kiçikölçülü ekrana, mərkəzi prosessora, simsiz ötürücü, yaddaş və kameraya malikdir və çərçivəsində yerləşdirilən kiçik düymələr vasitəsilə idarə olunur.
ABŞ-da dəyəri 1500 dollar təşkil edəcək eynəklərin ilk buraxılışlarını 2013-cü ilin əvvəlində sifariş etmək mümkün olacaq. Kütləvi satışlardan əvvəl eynəkləri yalnız ABŞ-da yaşayan indiki Google I/O konfransının iştirakçıları sifariş edə bilərlər.
 
Google-un həmtəsisçisi eynəklərin sınaq prototiplərinin kifayət qədər bahalı olmasını etiraf edərək bildirib ki, qiymətin belə yüksək olması yeni texnologiya ilə əlaqədardır. “Biz hesab edirik ki, eynəklərin istifadə dairəsi biznes, sənaye və ya tibbi sahədə tətbiqi ilə məhdudlaşdırılıb, buna görə eynəklərin tezliklə satışa çıxarılacağını gözləməyə dəyməz”, - S.Brin qeyd edib.